Film 1991-ci ildə Nəcəf bəy Vəzirov adına Şuşa şəhər 2 saylı orta məktəbini bitirən son məzunlar barədədir.
Sinfin bütün şagirdləri illər əvvəl son zəngdə gələn il Şuşada görüşməyi arzu etsələr də, bu istəkləri düz 30 il həyata keçmir.
30 il sonra yenidən Şuşaya qayıdan məzunlar həm arzularına çatırlar, həm də məktəblərini, evlərini, küçələrini ziyarət edirlər.
Layihə rəhbəri Elçin Musaoğlu, baş prodüser Fatimə Əzimova, ssenari müəllifi və rejissorlar Pərviz Həsənov və Orxan Əzimdir.
SƏNƏDLİ FİLMLƏR
Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.
Müxtəlif vaxtlarda