aztv-banner

Filmin qəhrəmanları Vətən müharibəsinin üç iştirakçısıdır: ön xətdə döyüşən əsgər, təcili tibbi yardım maşını ilə yaralıları təxliyə edən sürücü və müharibə başlayan andan yaralıları qəbul edən həkim.
Ön xətdə döyüşən əsgər Əli Əhmədlidir. Könüllü şəkildə müharibəyə yollanıb. Müharibə zamanı bir çox dostu şəhid olan Əli bir güllə yarası belə almayıb. Ə.Əhmədli öz bağında hər bir şəhid dostunun adına ağac əkərək onların xatirəsini yaşadır.
Təcili tibbi yardım maşınının sürücüsü olan qəhrəman isə Əli Əsədovdur. Birinci Qarabağ müharibəsində Allahverdi Bağırovun dəstəsində döyüşlərdə iştirak edib. Vətən müharibəsinə könüllü olaraq təcilli tibbi yardım maşınının sürücüsü kimi qatılan Ə.Əsədov o yerlərə yaxşı bələd olduğu üçün müharibə zamanı bir çox insanın köməyinə çatıb.
Vətən müharibəsinin ilk yaralılarını qəbul edən həkim isə Nofəl Quliyevdir. Aprel döyüşlərindəki fəal iştirakından sonra Vətən müharibəsi zamanı Füzuli hospitalına çağırılıb və könüllü şəkildə döyüş bölgəsinə gedərək yaralılara yerində yardım göstərib.
Film beş çəkiliş günü ərzində poliqonda, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və qəhrəmanların evlərində çəkilib.
Filmin layihə rəhbəri Elçin Musaoğlu, ssenari müəllifləri Fərəc Süleymanov və Sevinc İsmayılovadır.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM