OBYEKTİV - 20.05.2022 I “TEKNOFEST AZƏRBAYCAN" - hazırlıq prosesi
OBYEKTİV
İctimai-siyasi proqramlar Studiyasının hazırladığı "OBYEKTİV" verilişi studiyadan kənarda, hadisələrin mərkəzində çəkilir. Tamaşaçıların diqqətini ölkədə baş verən ən vacib, ictimai-sosial hadisələrə cəlb edən bu verilişin aparıcısı Cəsarət Qənbərlidir. Verilişin aparıcısı və qonaqlar obyektivdə olan məsələnin mahiyyətini dürüst və qərəzsiz mövqedən, elmi nöqteyi-nəzərdən təhlil etməyə çalışırlar. Zərurətdən yaranan bu veriliş kameralarının obyektivini Bakının müxtəlif yerlərində, idarə və müəssisələrində, rayonlarda, əsasən də, işğaldan azad edilmiş bölgələrimizdə qurur. Suşadan – "Zəfər yolu"nun tikintisindən, Zəngilandan - "Ağıllı kənd" layihəsinin icrasından və işğaldan azad olunmuş digər rayonlardan hazırlanan verilişlər, mütəxəssis fikirləri tamaşaçılarda doğma yurdlarımıza böyük qaydışa əminliyi daha da artırır. Verilişin dinamik, baxımlı olması üçün yaradıcı kollektiv üzərinə düşən bütün vəzifələri layüqincə yerinə yetirir.
21:00 / Çərşənbə axşamı, Cümə axşamı