Türk dünyasının böyük qızı Qənirə Paşayevanın son layihəsi "Addım-addım Türkiyə" adlanırdı.
Verilişi 11 noyabr 2023-cü il, saat 19:00-da AzTV-də izləməyi unutmayın.
Qeyd edək ki, Qənirə Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlərin görülməsinə baxmayaraq, 28 sentyabr 2023-cü il tarixində 48 yaşında dünyasını dəyişib.
İkinci Fəxri Xiyabanda dəfn olunub.