aztv-banner

Film Allahverdi Bağırova həsr olunub. Bədii-sənədli filmdə onun Birinci Qarabağ müharibəsi zamanı keçdiyi şücaətli döyüş yolu əks olunub.
Milli Qəhrəman 1992-ci ildə Xocalı faciəsindən sonra əsir düşmüş 1500-ə yaxın azərbaycanlının xilas edilməsinə və geri qaytarılmasına nail olub. Filmdə Milli Qəhrəmanın ailə üzvləri və döyüş yoldaşları, əsirlikdən xilas etdiyi qadın həmin günləri xatırlayıblar, onunla bağlı xatirələrini dilə gətiriblər.
Filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, operatoru Elşən Bədəlov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musağoludur.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

BƏDİİ FİLMLƏR

Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.

Müxtəlif vaxtlarda

CANLI YAYIM