aztv-banner

Bədii-sənədli filmdə şəhid ailələrinə və övladlarına, qazilərə cəmiyyətin və dövlətin qayğısı, diqqəti əks olunur. Filmin ssenarisi real hadisələrə əsasən qələmə alınıb.
Film Vətən müharibəsi şəhidi Natiq İsmayılovun ailəsinin danışdıqlarına əsasən çəkilib. Belə ki, şəhidin oğlu Davud İsmayılzadə filmin baş qəhrəmanıdır. O, çörək almağa gedir və yolda ona qarşı xüsusi diqqət göstərən qonşuları ilə qarşılaşır. Çörək almaq üçün daxil olduğu dükanda isə satıcı şəhid ailəsi olduğu üçün ondan pul almır və “şəhid atan sizin pulunuzu ödəyib” deyərək yola salır.
Filmin rejissoru Elvin Əhmədoğlu, ssenari müəllifi Vasif Ənvəroğlu, prodüseri Zamiq Əlövsətoğludur.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Natiq İsmayılov 17.10.2020-ci ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olub.
N.İsmayılovun 4 övladı – Ömər İsmayılzadə, Behbud İsmayılzadə, Gülər İsmayılzadə və Davud İsmayılzadə Vətənə əmanət qalıb.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

BƏDİİ FİLMLƏR

Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.

Müxtəlif vaxtlarda

CANLI YAYIM