aztv-banner

Filmdə Xocalıda 3 nəfərdən ibarət bir ailənin öz evlərini ermənilərdən qəhrəmancasına qorumasından və düşmənə qarşı mübarizələrindən bəhs olunur.
Ailənin son nəfəslərinə kimi döyüşməsi həm də Azərbaycan xalqının həmin illərdə düşmənlə təkbaşına, heç kimdən dəstək almadan apardığı mübarizəni simvolizə edir.
Filmdə göstərilir ki, döyüş nəticəsində əvvəlcə ata, sonra ana şəhid olur. Ailənin tək övladı olan balaca oğlan isə sağ qalır. Bu oğlan və ümumilikdə Xocalıda sağ qalan digər uşaqlar söz verirlər ki, gələcəkdə Qarabağı işğaldan azad edəcəklər.
Filmdə Vətən müharibəsində şəhid olan Xudayar Yusifzadənin ifasına da yer verilib.
İdeya müəllifi Ziya Ağa, ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Hacı Qadir olan sənədli filimin quruluşçu operatoru Anar Dadaşovdur.
Filmdə Azər Həsənov, Fərhad Səmimi, Xuraman Nicat və Muxtar Baxşəli kimi aktyorlar yer alıb.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

BƏDİİ FİLMLƏR

Kino sənətinin ən əsas və geniş yayılmış növü heç şübhəsiz bədii kinodur. Geniş mənada ona bədii film də deyirlər. Bədii kinoda real, yaxud uydurma hadisələr yaradıcı ifaçılıq vasitələri ilə, bir qayda olaraq, xüsusilə yazılmış ssenari və ya bədii nəsr nümumələrinin, teatr dramaturgiyası və s.-nin yenidən işlənib hazırlanması əsasında canlandırılır. Rejissorun rəhbərliyi altında film dəstəsinə operatorlar, rəssam, bəstəkar, səs rejissoru və s. daxildir.
Hazırda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi baş verən hadisələri bədii dildə tamaşaçılara çatdırmaq üçün yeni layihələr üzərində işləyirlər.

Müxtəlif vaxtlarda

CANLI YAYIM