aztv-banner

Azərbaycan Televiziyasının Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə çəkdiyi sənədli filmlərdən biri “Ağrılı ümidlər: Xocalı hekayəsi” adlanır.
Xocalının işğaldan sonra ən yaxın görüntüləri ilk dəfə “Ağrılı ümidlər: Xocalı hekayəsi” filmində nümayiş olunacaq. Çəkiliş qrupu indiyə kimi heç bir televiziya kanalının gedə bilmədiyi nöqtələrdən çəkilişlər edib.
Çəkiliş qrupu Xocalı qırğını vaxtı lentə alınan real kadrların izi ilə araşdırma aparıb. Filmin baş qəhrəmanı o zaman Ağdam məscidinin qarşısında belə bir fikir səsləndirmişdi: “Heydər Əliyev hakimiyyətdə olsaydı, Xocalı faciəsi baş verməyəcəkdi”. Adi bir gəncin o vaxt cəsarətlə söylədiyi fikir filmin leytmotivini təşkil edir.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM