“Azərbaycantelefilm” 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar sənədli televiziya filmi hazırlayıb.
“Bir də mən...” adlı sənədli filmin qəhrəmanları hazırda 3 ayrı uşaq evində yaşayan 4 uşaqdır.
Onların hər birinin öz ağır həyat hekayəsi var. Mikayıl doğulduğu gündən uşaq evinə gələnə kimi sərsərilik edən bir şəxsin yanında sanki qutuda yaşayıb. Angelina ata-anasının vəfatından sonra xalasının zorakılığına məruz qalıb. Məhəmmədin doğulduğu tarix və məkan belə bəlli deyil. Kamilla isə valideynlərinin boşanması nəticəsində kimsəsiz uşağa çevrilib.
Bu kimsəsiz uşaqların həyat hekayəsi “Bir də mən...” filmindədir.
SƏNƏDLİ FİLMLƏR
Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.
Müxtəlif vaxtlarda