Filmdə ermənilərin Xocalıya hücumu zamanı zirzəmidə gizlənmiş bir qadının – Mehriban Bəkirovanın faciə dolu həyat hekayəsi əks olunub.
M.Bəkirova başına gələn müsibətləri filmdə özü danışır, hiss və həyəcanını dilə gətirir. Belə ki, soyqırımı günü o, digər Xocalı sakinləri, əsasən, qadın, uşaq və qocalarla birgə zirzəmidə erməni hücumundan gizlənib. Üç övladı olan Mehriban həmin zirzəmidə 4-cü uşağını da dünyaya gətirib. Elə həmin vaxt da zirzəmidəkilər ermənilər tərəfindən əsir götürülüblər. Qucağında iki körpəsi olan Mehriban əsir aparılarkən körpənin birini itirib. Körpəni rus jurnalist tapıb, gətirib anasına verib, həmçinin əsirlikdən azad olunmasına nail olub.
Filmin ssenari müəllifi Leyla Qədirzadə, quruluşçu rejissoru Zaur Zeynal, quruluşçu operatoru Aqşin Rzayev, prodüseri Məmmədhüseyn Mehdizadə, layihə rəhbəri isə Həmid Əsədzadədir.
SƏNƏDLİ FİLMLƏR
Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.
Müxtəlif vaxtlarda