aztv-banner

Film birinci Qarabağ müharibəsində qəhrəmanlıqları ilə ad çıxarmış şəhid Çingiz Cəfərovun ailəsinə həsr olunub.
Ç.Cəfərovun ailəsi hazırda Şuşada yaşayır. Oğlu Emil Cəfərov Şuşada təmizlik, abadlaşdırma və quruculuq işləri ilə məşğuldur, xanımı Aybəniz Cəfərova isə oğlu və iş yoldaşları üçün könüllü aşpazlıq edir. Filmdə onların həyat hekayəsindən bəhs edilir.
Belə ki, üç uşaq anası A.Cəfərova yoldaşının itkisi ilə barışmayaraq özünə qəsd edib. Lakin Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə xüsusi nəzarətdə saxlanılıb və onu həyata qaytarmaq mümkün olub.
Vətən müharibəsi başlayanda şəhid ailəsi Vətənə xidmət etmək üçün əllərindən gələni ediblər. Müharibə bitdikdən sonra isə xidmətlərini davam etmək üçün Şuşaya yollanıblar.
Çingiz Cəfərov jurnalist Çingiz Mustafayevi Kərkicahan döyüşündə ölümdən xilas edib.
“Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin istehsalı olan sənədli filmin ssenari müəllifi və rejissoru Elvin Mirzəyev, operatorları Elşən Bədəlov və Elxan Rüstəmov, prodüseri Fatimə Əzimova, layihə rəhbəri isə Elçin Musaoğludur.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM