Filmdə öz şəhərini və teatrını bir günlük tərk edən gənc aktrisa, geriyə yalnız 27 ildən sonra dönmək aqibəti ilə üzləşir.
Müharibə onun gəncliyini, oynaya biləcəyi rolları, ümidlərini, xoşbəxtliyini aldı. Lakin,evinin də yerlə yeksan olduğuna baxmayaraq, qocalmış aktrisa özünün birinci evi hesab etdiyi tək sütunları qalmış Ağdam Teatrının daşlarına toxunmaq və arzusunda olduğu rolunu oynamaq istəyir...
Filmin ssenari müəllifi və rejissoru Elvin Mirzayev, operatoru isə Elxan Rüstəmovdur.
SƏNƏDLİ FİLMLƏR
Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.
Müxtəlif vaxtlarda