aztv-banner

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar daha bir sənədli film hazırlanıb.
Kinoproqramlar və dublyaj redaksiyasının istehsalı olan filmdə yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrin şahidləri danışırlar. Onların arasında hadisələrin birbaşa iştirakçısı olmuş metro işçisi (maşinist), həkim, gülçü də var.
Kinooperator, Əməkdar incəsənət xadimi Rafiq Quliyev, Xalq rəssamı Xanlar Əhmədov, həkim Yeganə Şıxəliyeva filmdə müsahibəsinə yer verilən şəxslərdəndir.
Bundan başqa, filmdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən anadan olmuş Vətən müharibəsi iştirakçısının da müsahibəsi yer alıb.
Filmin rejissoru Vasif Məmmədzadə, müəllifi Sevda Ağazadə, operatorları isə Kamran Soduyev və Cavid Əliyevdir.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM