aztv-banner

Film 44 günlük Vətən müharibəsində əfsanəyə çevrilən igid oğullardan birinə - qazi Sahil Həsənliyə həsr olunub. “Salam, Sahil” adlı sənədli film bir salamı ilə milyonların sevgisini qazanan igidin həyat hekayəsidir.
Sahil Azərbaycanın haqq savaşına könüllü gedib, kəşfiyyat qrupunda döyüşüb. Döyüşlərin birində ağır yaralanıb, qolu amputasiya olunub, elə yaralı halda hospitaldan qaçıb cəbhəyə qayıtmaq istəyib. Lakin həkimlər icazə verməyiblər.
Qarabağ qazisi Sahil Həsənli deyir ki, müharibə olsa, yenə könüllü döyüşə gedər.
Sahil Həsənli evlə, maşınla, işlə təmin edilib.
Filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, prodüseri Fatimə Əzimova, operatoru Adil Abbasovdur.

BƏDİİ VƏ SƏNƏDLİ FİLMLƏR

SƏNƏDLİ FİLMLƏR

Kinonun sənədli film növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaradılır. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar, xalis informasiya xronikalarından tutmuş, bütövlükdə incəsənət qanunları üzrə qurulmuş bədii-publisistik və sənədli-poetik filmlərədək müxtəlif ola bilər. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir.
Hər il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Bədii-sənədli filmlər Studiyası və Kinoproqramlar və dublyaj Baş Redaksiyasının yaradıcı kollektivi müxtəlif mövzulu sənədli filmlərlə tamaşaçıların görüşünə gəlir. Hazırda kollektiv dövrün tələblərinə cavab verən sənədli filmlər üzərində çalışır.

Müxtəlif vaxtlarda

CANLI YAYIM